Mərkəzi Bank aşkarlanan saxta manatların sayını açıqlayıb
Bunu AMB-nin nəğd pul departamentinin ekspertiza şöbəsinin müdiri Nəsib Pənahlı deyib
"Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ümumilikdə 452 saxta əskinas aşkar edilib ki, onlardan 323-ü 100 manatlıq əskinaslardır. ".
Onun sözlərinə görə, 2021-ci ildə ümumilikdə 358 saxta əskinas aşkar edilib ki, onlardan 282-si 100 manat olub. Bunu “Nağd pul dövriyyəsinin təşkili - 2023” seminarında AMB-nin nəğd pul departamentinin ekspertiza şöbəsinin müdiri Nəsib Pənahlı deyib.
“2006-2022-ci illər ərzində Mərkəzi Bank ümumilikdə 10 095 saxta əskinas aşkar edib. Son 4 ildə saxta pullarla bağlı 20 cinayət işi başlanıb. 2017-ci ildən dörd ildir ki, saxta pul istehsalında azalma tendensiyası müşahidə olunsa da, son 6 ildə saxta 100 manatlıq əskinaslarda artım müşahidə olunur. Ümumilikdə hər 660 min əskinasa bir saxta düşür”, - deyə N.Pənahlı bildirib.