Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi - 7,75%-dən 7,5%-ə endirilməsi barədə qərar qəbul edib.
Eyni zamanda, faiz dəhlizinin yuxarı həddi 0,25 faiz bəndi - 8,75 faizdən 8,5 faizə endirilib, aşağı həddi isə 6,25 faiz səviyyəsində saxlanılıb.
Qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar mayın 1-də açıqlanacaq.