Mərkəzi Bankın valyuta ehtiyatları nə qədərdir?
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir

Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları 11,2 mlrd. dollara yaxınlaşıb.
Bu barədə AMB xəbər verir. Məlumata görə, bu il avqustun 1-nə AMB-nin valyuta ehtiyatları 0,3% artaraq 11,191 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə isə 5% azalıb.