Merz, Makron, Starmer və Zelenski birgə telefonla danışıblar
Bu barədə Almaniya Nazirlər Kabinetindən bildiriblər
Almaniya Kansleri Merz, Fransa Prezidenti Makron, Böyük Britaniyanın Baş naziri Starmer və Ukrayna Prezidenti Zelenski birgə telefon danışığı aparıblar.
Almaniya Nazirlər Kabineti bildirib:
- Makron, Starmer və Zelenski ilə birgə telefon danışığında Merz ABŞ-ın Ukrayna ilə bağlı sülh planını müzakirə edib.
- Merz, Makron, Starmer və Zelenski bildiriblər ki, AB və NATO ilə bağlı hər hansı bir razılaşma Avropa tərəfdaşlarının təsdiqini və konsensusunu tələb edir.
- Merz, Makron, Starmer və Zelenski telefon danışığında bildiriblər ki, Ukrayna ilə bağlı danışıqların başlanğıc nöqtəsi təmas xətti olmalıdır.
- AB və NATO ilə bağlı hər hansı bir razılaşma Avropa tərəfdaşlarının təsdiqini və konsensusunu tələb edir.

Ukraynadakı hazırkı cəbhə xətti istənilən ərazi müzakirələri üçün "başlanğıc nöqtəsi" olmalıdır - Merz, Makron və Starmer Zelenski ilə söhbətdən sonra məlumat veriblər.
Almaniya, Fransa və Birləşmiş Krallıq liderləri "Ukraynaya davamlı və ədalətli sülh yolunda sarsılmaz və tam dəstəyini" bir daha təsdiqlədilər və "ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq səylərini alqışladılar". Onlar bu məsələ ilə bağlı gələcək hərəkətləri "sıx əlaqələndirmək" niyyətlərini qeyd etdilər.
Merz, Makron və Starmer həmçinin vurğuladılar ki, "istər Avropa dövlətləri, istər Avropa Birliyi, istərsə də NATO ilə bağlı olsun, istənilən sülh müqaviləsi Avropa tərəfdaşlarının təsdiqini və ya müttəfiqlər arasında konsensus tələb edir".
Bloomberg-in məlumatına görə isə, Aİ və Ukrayna ABŞ planının əsas hissələrini rədd edir.
Nəşrin məlumatına görə, Merz, Makron və Starmer Ukrayna Silahlı Qüvvələrinin azaldılmasının yol verilməz olduğu barədə razılığa gəliblər.

Zelenski bildirib ki, Amerika tərəfindən hazırlanmış sənəd üzərində iş gedir.
"Bu, əsl, ləyaqətli bir sülhü təmin edən bir plan olmalıdır.
Prinsipial mövqelərin nəzərə alınmasını təmin etmək üçün sıx əlaqələndirmə aparırıq. Növbəti addımları əlaqələndirdik və müvafiq səviyyələrdəki komandaların birlikdə işləyəcəyi barədə razılığa gəldik", - Ukrayna prezidenti Avropa liderləri ilə söhbətindən sonra bildirib.
2 dəqiqə