SEPAH-ın rəisi Məhəmməd Pakpurun öldürüldüyü deyilir
Bu barədə İsrail mətbuatı xəbər yayıb YENİLƏNİB
16:45
İsrailin İrana hücumları həmçinin İranın Baş Qərargah rəisi Musəvi, Ali Rəhbərin müşaviri Şamxani və Milli Təhlükəsizlik Şurasının katibi Laricaniyə də zərbələr endirib.
Hücumda yüksək vəzifəli İran rəsmilərinin xəsarət alıb-almadığı hazırda məlum deyil.
"Axios" bundan əvvəll İsrail ordusunun Ali Rəhbər Xamenei və Prezident Pezeşkian da daxil olmaqla, İranın yüksək vəzifəli komandirlərini və siyasi liderlərini hədəf aldığını bildirmişdi.
***
15:55
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəisi Məhəmməd Pakpurun öldürüldüyü güman edilir.
“Ynet” ə istinadən xəbər verir ki, İsrail Pakpurun öldürüldüyü qənaətindədir.
Qeyd edək ki, Pakpurun sələfi Hüseyn Salami ötən ilin iyununda 12 günlük müharibədə öldürülüb.
1 dəqiqə