XƏBƏRLƏR / Münaqişə

CBS aparıcısı Abbas Əraqçını birbaşa efirdə pərt elədi

İran XİN rəhbəri ölkədə internet tam kəsilməsinə baxmayaraq ABŞ telekanalı ilə rahat Zoom vasitəsiylə danışır

CBS aparıcısı Abbas Əraqçını birbaşa efirdə pərt elədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ın CBS televiziyasına müsahibə verdiyi vaxtı aparıcının verdiyi haqlı sualdan yayınmaq məcburiyyətində qaldı. 

    CBS aparıcısı: Siz bizimlə Zoom-da danışırsınız, yəni iranlıların internetə çıxışı yoxdur, siz onu blokladınız, amma sizdə var. Bu necə olur axı?

    İran xarici işlər naziri Əraqçi: Çünki mən bütün iranlıların səsiyəm və onların hüquqlarını müdafiə edirəm.

    Xatırladaq ki, İran hakimiyyəti yanvar ayından bəri ölkədə internetə girişi məhdudlaşdırır. 

    NetBlocks monitorinq xidmətinin məlumatına görə, İran son 16 gündür ki, əhali üçün internet bağlantısı tam kəsib.