Meşəli qatili məhkəmə qərarından apellyasiya şikayəti verib
Vaqif Xaçaturyan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib
Xocalı rayonunun Meşəli kəndində qanunsuz erməni silahlı birləşmələrinin tərkibində iştirak etməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmənin qərarından apellyasiya şikayəti verilib.Bu barədə Azərbaycan mətbuatına Xaçaturyanın vəkili Radmilə Əbilova məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum edilib. O, ilk 5 ilini həbsdə, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.