
Neçə gündur jurnalistlər, zurnalistlər... Hə, day sizdən, məndən nə gizlin - restoranlardan, müftə məclislərdən ayrılmırlar. Panel söhbətlər, müzakirələr isə əsla yada düşmür belə. Ayıbdır!
150 illik yubileyinə Azərbaycan jurnalistikası az xalla, balla gəlib çıxıb. Cavabdehlik nədir, bilmir. Peşəkarları daim şəbəkə xaricində saxlayır.
Azərbaycan mediası məhəlləcilik qurbanıdır. Beynəlxalq kodu yoxdur. Fotoreportaj janrına hələ də keçə bilməməsi isə, deyəsən, heç kimi rahatsız etmir.
Peşəkarlara nifrət edir. Mükafatlarını ancaq həvəskarlara səxavətlə paylayır. Yubiley, növbətçi tədbirlər ad günlərinə təhkimdir. Ələbaxımlıdır. Təhlükəli deyil.
Səsi çox cırdır adətən bütun Azərbaycan jurnalistlərinin. Yetışməmiş səslə danışır adətən bu həvəskar, iddialı jurnalist zümrəsi. Araşdirma janrından xəbərsizdir. Haker jurnalistikası, Qonzo jurnalistikası, anonim, pranker yanaşmaları kimi at gedışləri yoxdur mətbuatımızda.
Mətbuatımız sözünü xüsusi vurğu, tələffüzlə deyirəm. Yəni, öz məsuliyyətimi, günahlarımı da ğörürəm bu ümummilli fəlakət jurnalistikasında.
Qeymer, yəni oyun, krassvord məzmunlu sahələr də yoxdur. Yoxdur!!! Ekstrim jurnalistika da o cümlədən.
Təbliğat jurnalistikası var, hə, burada nailiyyətlərimiz az deyil.
44 ğünlük müharibə iştirakçısı olmadı bu jurnalistika.
Mən, düzü, istisnayam - "Xəzər TV" də canlı verilışlər aparırdim İlhamiyyə Rzayeva ilə.
Azərbaycan jurnalistikası yubiley mərasimlərinin quludur. Hakimiyyətdən çox xalqa, məmura, pula biət edir. Dəyər tanımır. Beynəlxalq resurslara, arxivlərə əsla müraciətsizdir. Master-klass keçəcək müəllifləri, kadrları yoxdur əsla. Qafqazda, postsovet məkanında ən zəif haldadır bu Azərbaycan jurnalistikası.
Türk brendindən, mövzusundan sui istifadə edərək ən bəsit, həvəskar projelere "Türk" damğasini sırıyır. Ancaq indi gör Mətbuat ğünündə bir qoyundan, bir mövzudan necə üç quzu, üc bala alacaqlar çoban həsənlər kimi.
Şərqin ilk telekanalı olan AZ TV bir brend kimi, qədim ənənə, standart kimi hə... razıyam, qiymətsizdir. APA, ANS, "Qafqazinfo", "Qlobalinfo", "Müsavat", "Baku TV", "Kulis" də deyərdim bostan deyil.
Bəzən üzüklərinin qaşı firuzədəndir, razıyam. Hərdən parıldayırlar uzaqdan.
Ancaq və ancaq... Neçə gündur bu jurnalistlər, jurnalistlər... həəəə.. restoranlarda müftə məclislərdən ayrılmırlar. Panel söhbətlər, müzakirələr isə əsla yada düşmür belə. Ayıbdır!
Ancaq və ancaq... Neçə gündur bu jurnalistlər, jurnalistlər... həəəə.. restoranlarda müftə məclislərdən ayrılmırlar. Panel söhbətlər, müzakirələr isə əsla yada düşmür belə. Ayıbdır!
Sizin bir məclisinizə belə bulaşmadım, enmədim mən.
Ayıb olsun.
Güzğudə özünüzə baxın bir... Papağınız azdır, başınızı çıxarıb qoyun qarşınıza. Yaxşıca bir fikirləşin barı heç olmasa, bircə dəfə. Ayıbdır!
P.S. Bu cari məclislər yas, ehsan məclisinə oxşayır. Mərhum, sözsüz, yazıq jurnalistikamızdır. Jurnalistlərə məsləhət görərdim bu tədbirlərin büdcəsi ilə maraqlansınlar. Görsünlər bu "yas süfrələri"nə əslində nə qədər pul xərclənib? Nə qədər mənimsənilib?. Əla tədqiqat, araşdırma mövzusudur. Ancaq mövzunun jurnalisti yoxdur indi...