Bu gün qəfil ağlıma gəldi ki, mən günə iki paçka siqaret çəkən adamam, amma üç gündür bir paçkanı hələ çəkib qurtarmamışam. Çünki mağazada siqaret çəkmək olmur deyə soyuq havada tez-tez çölə çıxmağa ərinirəm və beləcə də siqaret çəkmək yadımdan çıxır. Amma çayxanada biri sönür, o birisini yandırırsan.
Cəmiyyət də belədir. Nəyə şərait yaradırsansa, nəyə meydan verirsənsə, ona tələbat da çoxalır.
Meyxanaya meydan verirsən, hamı meyxanaya qulaq asır, Xoşqədəmə meydan verirsən, hamı Xoşqədəmə baxır. Çayxanada da siqaretə meydan verilir, ona görə çox çəkirsən.
Azərbaycanda mədəniyyətə, kitaba, intellektə meydan verilsə, əminəm, hamı kitab oxuyacaq və hamı düşünməyə başlayacaq. Kitab oxuyan cəmiyyəti isə Xoşqədəmə baxan, meyxanaya qulaq asan cəmiyyət kimi köləyə çevirmək mümkün deyil.