MH17 reysinin vurulmasına görə Rusiya məsuliyyət daşıyır
Rusiyada araşdırmanı "qərəzli" adlandırıblar və nəticələri qəbul etmirlər FOTO / YENİLƏNİB

15:45
Rusiya 2014-cü ildə Malayziya "Boeing" təyyarəsinin qəzaya uğraması ilə bağlı qərəzli araşdırmanın nəticələrini qəbul etmir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
***
11:00
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan Malayziya Hava Yollarına məxsus MH17 reysini Donbas üzərindən vurulmasına görə rəsmi olaraq Rusiyanı məsuliyyət daşıyıb. Bu bəyanat Hollandiya Xarici İşlər Nəzirliyinin rəsmi saytında dərc edilib.
Faciə nəticəsində 298 nəfər həlak olub.
Bəyanata görə, Rusiya Federasiyası öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, yəni uçuş zamanı mülki təyyarələrə qarşı silah istifadəsini qadağan edən müddəasını pozub.
Yaxın həftələrdə ICAO Şurası Rusiyanın dəymiş ziyanı necə kompensasiya etməli olduğunu nəzərdən keçirəcək.
Rusiyaya qarşı İCAO-ya şikayət 2022-ci ilin martında təyyarə qəzasında həlak olanların əksəriyyətini vətəndaşları təşkil edən Avstraliya və Hollandiya tərəfindən edilib. 2024-cü ilin iyununda Rusiya ICAO-nun bu işdə səlahiyyətlərini tanımadığı üçün şikayətə baxılmasında iştirakını dayandırdığını elan edib.
Avstraliya, Belçika, Malayziya, Hollandiya və Ukraynadan olan nümayəndələrin daxil olduğu beynəlxalq təhqiqat qrupu belə qənaətə gəlib ki, təyyarə bu yaxınlarda Rusiyadan gətirilən “Buk” hava hücumundan müdafiə sistemindən istifadə edərək rusiyapərəst separatçılar tərəfindən vurulub.
2022-ci ilin noyabrında Hollandiya məhkəməsi qondarma "Donetsk Xalq Respublikası"nın keçmiş "müdafiə naziri" İqor Strelkovu qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.
İqor Strelkov və daha iki nəfər təyyarəni qəsdən məhv etmək və qəsdən adam öldürməkdə ittiham olunur. İş üzrə digər təqsirləndirilən şəxsə bəraət verilib.
2014-cü ilin iyulunda Ukrayna səmasında "Malaysia Airlines"a məxsus Boeing 777 təyyarəsi vururub. Nəticədə 298 nəfər həlak olub və bu hava fəlakəti qurbanların sayına görə tarixdə ən böyük on faciədən biri idi.