Mikayıl Cabbarov Gert Yan Kupman ilə görüşüb
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Bakıda səfərdədir
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman ilə görüşüb.

"Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Kupmanla yenidən görüşməkdən məmnun olduq.
Biz Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini, eləcə də onun gələcək inkişaf perspektivlərini müzakirə etdik. Həmçinin, nəqliyyat və bağlantı sahələrində Azərbaycanın regional təşəbbüslərinə Aİ-nin potensial dəstəyini də nəzərdən keçirdik", - Cabbarov sosial mediada yazıb.
1 dəqiqədən az