Mikayıl Cabbarov Küveytin maliyyə naziri ilə görüşüb
İiqtisadiyyat nazirinin Yaxın Şərq turnesi davam edir

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəyə işgüzar səfəri çərçivəsində Küveytin maliyyə naziri ilə görüşüb.
“Küveytə işgüzar səfərimiz zamanı biz maliyyə naziri, elektrik, su və bərpa olunan enerji naziri, iqtisadi məsələlər və investisiyalar üzrə dövlət nazirinin səlahiyyətlərini icra edən və Küveyt İnvestisiya Aq şirkətinin Direktorlar Şurasının sədri vəzifələrində çalışan Subayx Əbdül Əziz Əbdül Muhsen Əl-Muhaizimlə görüşməkdən məmnun olduq.
Biz Azərbaycanın əlverişli investisiya mühitinin icmalını təqdim etdik və Azərbaycan ilə Küveyt arasında iqtisadi əməkdaşlığın davamlı olaraq genişləndiyini vurğuladıq. Müzakirələrimizdə ticarət, turizm, ənənəvi və bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat, tranzit sahələrində əməkdaşlıq imkanlarına da toxunulub”, - Cabbarov sosial şəbəkədə yazıb.