XƏBƏRLƏR / İctimaiyyət

Milli Kitabxananın Xocalı soyqırımı haqda virtual sərgisi

Sərginin keçirilməsində əsas məqsəd xarici oxuculara Xocalı soyqırımı haqqında məlumat verməkdir

Milli Kitabxananın Xocalı soyqırımı haqda virtual sərgisi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları ingilis dilində Xocalı soyqırımı ilə bağlı virtual sərgi hazırlayıblar.

    Kitabxanada ingilis dilində sərginin keçirilməsində əsas məqsəd xarici oxuculara Xocalı soyqırımı haqqında məlumat verməkdir. Virtual sərgidə ingilis dilində kitablar və izahlı yazıları olan fotoşəkillər nümayiş etdirilir.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkə daxil ola bilərlər: http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm