XƏBƏRLƏR / Parlament

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə səfərdədir

Bunu Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.

    Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.