XƏBƏRLƏR / Parlament

Azərbaycan və Bəhreyn anlaşma memorandumu imzalayıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyndə rəsmi səfərdədir

Azərbaycan və Bəhreyn anlaşma memorandumu imzalayıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

    Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Əl-Musalam imzalayıblar.

    Memorandum parlamentlərarası əlaqələri gücləndirmək və komitələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.