BLOQ

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Ruhun şad olsun, Qəhrəmanımız!

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycan Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

    M.İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

    Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 45, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.

    Ruhun şad olsun, Qəhrəmanımız!