BLOQ

Təyyarənin bortunda çoxlu sayda deşiklər aşkar edilib VİDEO

Rusiya-Ukrayna müharibəsi deyəsən ətraf dövlətlərə də nüfuz etməyə başlayıb

Təyyarənin bortunda çoxlu sayda deşiklər aşkar edilib VİDEO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb. 

    Hadisə yerində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərova qəzaya uğramış təyyarənin bortu və quyruğunda çoxlu sayda deşiklər göstərilib.

    Bu dəliklər nə quşlardan, nə də yerə çırpılmadan əmələ gələ bilərdi.

    VİDEO

    Qeyd etmək lazımdır ki, bu gün səhər Rusiya və Ukrayna mənbələri Çeçenistana və Qroznı şəhərinə dron hücumları haqda məlumat yaymışdılar.

    Dronlarla mübarizə həm də odlu silah vasitəsilə həyata keçirilir. Təyyarə Çeçenistan üzərində güllə-borana tuş gələ bilərdi. Lakin Çeçenistsan rəhbəri Ramzan Kadırov dumanlı hava haqda məlumat vermişdi.

    Rusiya hava məkanında Azərbaycan mülki təyyarəsinə pilotsuz uçan aparatı ilə mümkün hücum variantlarından biri nəzərdən keçirilir.

    Xaricdən müdaxiləni şahid ifadələri də təsdiq edir.

    "Bir neçə partlayış oldu, nə baş verdiyini bilmirəm, amma sonra bir neçə saat uçduq və düşdük."

    Aktauda qəzaya uğrayan təyyarədə sağ qalan şəxs Zaur Məmmədov RT-yə atasının dəfnindən uçduğunu deyib.

    Digər tərəfdən, Xəzər dənizinin şimal-qərb sahilləri son zamanlar çox təhlükəli əraziyə çevrilib.

    Rusiya hərbi donanmasının "Dağıstan" və "Tatarıstan" raket gəmiləri məhz buradan Ukrayna ərazisinə raket hücumları həyata keçirirlər.

    Bunun nə qədər təhlükəli olduğunu bir müddət əvvəl suitilərin kütləvi tələf olması sübut edir.

    Rusiya-Ukrayna müharibəsi deyəsən ətraf dövlətlərə də nüfuz etməyə başlayıb.