BLOQ

Elm, ya din?

İnsan hansını seçməlidir?

Elm, ya din?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Vaxtaşırı belə bir mövzu ilə qarşllaşırıqı: " Dinin elmə münasibəti". Müxtəfil sahə sahiblərinin xeyli sayda cavablarını oxudum, konfranslara baxdım. Cavab verənlər müxtəlif dinlərin nümayəndələri idi. Amma cavablar məni qane etmədi. Səbəbini də deyim. Hər dinin nümayəndəsi təbii olaraq öz dini baxışları ilə cavab verməyə çalışdı. Amma mən buna ümumi baxışla cavab verməyə çalışacağam. Mövcud dinlərin baxışını. Əgər xristianlığı nəzərə alsaq, orta əsrlərdə dinin elmə necə qənim kəsiləcəyini görəcəyik. Marten Lüterdən sonra isə vəziyyət tam dəyişir və elmi akademiyalar dini birmənalı olaraq sıxışdırıb çıxarırlar. Belə olan halda,  əgər həyatda din yoxdursa, deməli, münasibət də olmayacaq. İnkvizisiya dövründə edama məhkum qalan alimlər, məsələn, Cordano Bruno, Qaliley (son anda tövbə edərək canını qurtarır) kilsənin məntiqsiz qurbanları idilər. Hər ixtira İncildə yoxdursa, deməli, qadağandır və alim edama məhkumdur. Bir halda ki, kilsələr Mikelancelo kimi rəssamların rəsm və heykəlləri ilə bəzədilir və bu sifarişləri kilsə özü verirdi. Amma İncildə bir söz deyilmədən.

    Bəs  yəhudilik? Burada vəziyyət tam fərqlidir. Çünki yəhudilər dinlərini ümumiləşdirmir, xüsusi çərçivədə qoruyurlar. Burada dinə nəzarət edən hahanlardır və sıravi yəhudi dinə yalnız itaət edə bilər. Bu din qeyri-yəhudilərə təbliğ olmur. Və əgər bir yəhudi alim nəsə ixtira edirsə, bunu heç də Tövrat süzgəcindən keçirmirlər. Çünki dinə baxışları tam fərqlidir. Bir şərtlə ki, ixtira Tövratdaki haramlara zidd olmasın. Və bu da tam sağlam yanaşmadır.

    Buddizmdə necə? Bu barədə bunu demək kifayətdir ki, dünya buddistlərinin bugünkü rəhbəri Dalay Lama hər il dünyanın qabaqcıl alimlərini ölkəsinə dəvət edib onlarla fikir mübadiləsi aparır.

    İndi gələk İslama. Əgər Qurandaki həqiqi İslamı nəzərə alsaq, din elə elmin özüdür. Çünki, dinin məqsədi hidayətdir. Yəni, doğru yolu göstərmək. Elm isə NURDUR. Nur olmadan insan ayağının altını belə görə bilməz, o ki qaldı gələcəyə baxışa. Amma əgər Quranı istismar edən müsəlmanların uydurduğu İslama nəzər salsaq, buradaki haramlar halallardan qat-qat çoxdur. Bir halda ki, Qurana bunun əksindən xəbər verir... Quran halal və haramlardan xəbər verdiyi halda, məzhəbçi müsəlmanlar bir növ Allahla qane olmayıb onu hədislərlə də saf-çürük edirlər. Və nəticədə hər məzhəb özünə görə yenu din uydurmuş olur. Yəni, Quran İslamına görə din elə elmin özü, hədis islamına görə isə elm dinin əsiridir.