Ermənistan hərbçiləri ukraynalılara qarşı vuruşur
"Onlar ukraynalıların qanını tökür!". Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev facebookdakı səhifəsində yazıb
Qarabağ müharibəsindən yaxşı tanıdığımız hərbi jurnalist və Rusiya Dövlət Kəşfiyyat İdarəsinin əməkdaşı Semyon Peqov indi Ukraynada Rusiya ordusunun tərəfindən reportajlar aparır. Sonuncu reportajlarından birində Semyon Peqov Mariupol şəhərinin yaxınlığında Rusiya ordusunun hücum briqadasını göstərərkən onların içində olan Ermənistan hərbçilərini də açıq-aydın göstərdi. Peşəkar Peqov bunu təsadüfən edə bilməzdi, o, kifayət qədər yaxşı təlim keçib və bilir ki, nəyi çəkmək olar və nəyi olmaz. Lakin buna baxmayaraq, o, erməniləri göstərir! Niyə? Birincisi - ermənilərin ruslarla çiyin-çiyinə olması faktını rus xalqına göstərməklə, Rusiyanın onlara olan münasibətini müsbət müstəviyə çevirmək istəyir. Reportajda çəkilən gənc qolundan həmin bayrağı çıxara da bilərdi, amma etmədi və kameraya bilə-bilə düşdü. İkincisi, erməni establişmentinin dostu olan Semyon Peqov bu videonu bizə, Azərbaycanlılara göstərmək istəyirdi ki, "Baxın, biz ermənilər Rusiyanın yanındayıq və əlbirik!, "Biz provoslavıq!"". Amma həmişə olduğu kimi, bu mesajların ciddi faydası, məncə, olmayacaq - ona görə ki, "Div qardaş özü bilir kimi yeyəcək, kimi isə qoruyacaq!".