BLOQ / Yaddaş

Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür

O, 9 yanvar 1991-ci ildə Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirilib

Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günüdür. 

    "Azərbaycan Gəncliyi" qəzetinin əməkdaşı kimi o, Qarabağ münaqişəsinin ilk günlərindən hərbi mövzularda məqalələr yazıb, tez-tez qaynar nöqtələrə baş çəkib və ermənilərin yaşadığı kəndlərə qorxmadan baş çəkib.

    9 yanvar 1991-ci ildə Salatın Əsgərova Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən pusquya salınıb...

    6 noyabr 1992-ci ildə Əsgərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

    Salatın Əsgərova Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

    Allah rəhmət eləsin!