Minalardan təmizləmə işləri BMT-nin əsas işlərindən biridir
Bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib
BMT Azərbaycanda ötən il hansı işlər görüb? Biz təxminən 37 milyon dollar həcmində müxtəlif fəaliyyətlər üçün vəsaitlər sərf etdik. Biz Azərbaycan xalqı və hökuməti ilə inkişaf yolu ilə gedəcəyik. Xüsusilə gənclərə diqqət yetirərək, onların bacarıqlarını genişləndirəcəyik. Biz, həmçinin insan kapitalına yatırdığımız sərmayələri davam etdirəcəyik. Prioritet istiqamətlərimiz sırasında ətraf mühitin qorunması, gender bərabərliyi də var.
Bunu Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.
“Minalardan təmizləmə işləri də prioritet istiqamətlərimizdə ilkin yerlərdən birini tutur. Düşünürük ki, hökumətə hansı dəstək göstərə bilərik. Həmçinin biz həyata keçirilən Böyük Qayıdış Dövlət Proqramını da qiymətləndiririk”, - deyə BMT-nin rezident əlaqələndiricisi qeyd edib.