Minskdə Gürcüstan-Rusiya danışıqları başlayıb
Bu Qeorqi Zurabaşvili ilə Mixail Qaluzin arasında ilk görüşdür
Gürcüstan və Rusiya Minskdə xüsusi nümayəndələrin ilk görüşünü keçiriblər
Gürcüstan Baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Qeorqi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş Minskdə baş tutub.
Tərəflər ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar bir sıra praktik razılaşmalara nail olublar və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Gürcüstan hökumət administrasiyası iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlardan sonra Rusiya ilə bir sıra razılaşmaların əldə edildiyini təsdiqləyib.
1 dəqiqədən az