XƏBƏRLƏR / Hadisə

Misirdə sistern aşıb, 31 nəfər ölüb VİDEO

Bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb

Misirdə sistern aşıb, 31 nəfər ölüb VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

    Bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

    Prokurorluğun məlumatına görə, yanğın Giza şəhərinin Əl-Varrak rayonunda tunelin üzərində baş verib. İlkin qiymətləndirmələrə əsasən, avtomobil və motosikletlər də daxil olmaqla, 27 nəqliyyat vasitəsi yanıb.

    VİDEO

    Qurumun açıqlamasında bildirilir ki, qurbanların sayı və dəymiş ziyanın miqyası hələ dəqiqləşdirilir.