XƏBƏRLƏR / Qonşular

M.Kavelaşvilinin andiçməsində xarici nümayəndələr olmayacaq

Gürcüstan tərəfi dəvət etməyib

M.Kavelaşvilinin andiçməsində xarici nümayəndələr olmayacaq
Mixeil Kavelaşvili
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər.

    Bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

    O, mərasimin keçiriləcəyi parlamentin iclas zalında müəyyən məhdudiyyətlərin olduğunu, seçicilər kollegiyasının üzvlərinin iştirakının, həmçinin konstitusiya orqanlarının tam təmsil olunmasının vacib olduğunu qeyd edib.

    Papauaşvili mərasimin dekabrın 29-u saat 11-də baş tutacağını qeyd edib.