BLOQ

“Molla Nəsrəddin” məcmuəsinin 119 yaşı bitir

Jurnalın ilk sayı 7 aprel 1906-cı ildə işıq üzü görüb

“Molla Nəsrəddin” məcmuəsinin 119 yaşı bitir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda ilk satirik jurnal olan, mətbuatımızda və ədəbiyyatımızda məktəb yaradan “Molla Nəsrəddin”in nəşrindən 119 il ötür. 

    "Molla Nəsrəddin" jurnalı (az.-əski. ملا نصرالدین‎) — Azərbaycan türkcəsində satirik-yumoristik jurnaldır.

    Azərbaycanda ilk şəkilli jurnal "Molla Nəsrəddin" olmuşdur. "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.

    1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib.

    Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub.

    25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

    Jurnal türkçülük, turançılıq, azərbaycançılıq ideyalarına geniş yer ayırıb. Bu jurnal türk dünyasını oyadıb.