Türkiyənin Avropanın təhlükəsizliyində rolu necə artdı
"Financial Times" qəzetinin hərbi icmalı

Türkiyə Avropa Təhlükəsizliyində böyük rol oynamağa necə gəlib çatdı
Rusiyanın artan təcavüzü fonunda Türkiyənin silahlı qüvvələri Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident Ərdoğan deyib: “Avropanın təhlükəsizliyini Türkiyəsiz təsəvvür etmək olmaz... Xüsusən də onun müdafiə sənayesi nəzərə alınmadan”.
Türkiyənin hərbi qüdrəti, o cümlədən TCG Anadolu ilə təhçiz edilən TB3 hücum pilotsuz təyyarəsinin ilk uğurlu buraxılışı ona regional sabitlik üzərində rıçaq verir. Səlcuq Bayraktar bu raketin atışını Türkiyə dəniz gücü üçün “yeni bir dünyaya qapı açan” adlandırıb.
355.000 əsgəri ilə Türkiyə NATO-nun ən böyük Avropa hərbi gücüdür və əsas Qara dəniz gəmi yollarına nəzarət edir.
Qərbin təhlükəsizlik rəsmilərindən biri PKK terrorçularına qarşı onilliklər ərzində aparılan əməliyyatlara toxunaraq deyib: “Türklər güc tətbiq etməyi bacarırlar və itki verməkdən qorxmurlar”.
Türkiyənin müdafiə sənayesi sürətlə inkişaf edir, dünyanı pilotsuz təyyarələr, zirehli maşınlar və döyüş gəmiləri ilə təmin edir. STM və ASFAT kimi şirkətlər Ukrayna üçün korvetlər tikir, "Repkon" isə ABŞ və Almaniyada artilleriya mərmisi istehsalı xətləri qurub. Baykar, həmçinin Avropada artan dron bazarına hakim olmaq üçün İtaliyanın Leonardo şirkəti ilə əməkdaşlıq edir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Tom Valdvinin qeyd etdiyi kimi, “Türkiyə Avropaya “Görün, biz nəyi bacarırıq və bunu nə qədər yaxşı bacarırıq” deməyə çalışır”.
(Tərcümə ANS Press)