Çox vaxt mətbuatımızı, o cümlədən bəzi dövlət nəşrlərini oxuyanda bəzi müəlliflərin siyasi elmlər sahəsində biliklərinin aşağı olması səbəbindən erməni təbliğatının təsirinə necə düşmələrinə heyrətlənməkdən vaz keçmirəm...
Məsələn - “Qarabağdakı separatçı rejim”. Separatizm beynəlxalq təcrübəyə görə millətin və ya milli qrupun öz müqəddəratını təyinetmə prinsipinin bu və ya digər səviyyəsinin tətbiqini nəzərdə tutan siyasi hərəkatdır.
Xüsusiyyətlərimizi nəzərə alsaq, “irredentizm” (öz tərkibinə qatmaq - ANSPress) və ya “Ermənistanın ilhaqçı siyasəti”, “Ermənistanın ilhaqçı siyasətini dəstəkləyən strukturlar”, “işğal strukturları” və s. kimi terminlərin işlədilməsi ən düzgünü olardı.
Yaxud burada tez-tez işlədilən terminlər, məsələn, “quldur birləşmələri”, “qanunsuz erməni birləşmələri” və s.
“Artsax özünümüdafiə qüvvələri” Ermənistan Respublikası silahlı qüvvələrinin birbaşa Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahına tabe olan struktur hissəsidir. Kadrlar, səfərbərlik məsələləri, maddi-texniki təminat və s. bütün bunlar Ermənistan Müdafiə Nazirliyinin birbaşa dəstəyi sferasıdır.
“Prezident”, “nazir” və s. kimi müxtəlif adlar daşıyan bütün “klounlar” Ermənistan Respublikasının dövlət büdcəsindən maliyyələşdikləri üçün faktiki olaraq Ermənistan Respublikasının dövlət qulluqçularıdır.
Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi danışıqların spesifikasından irəli gələn vəzifələri nəzərə alaraq, ölkəmizin rəsmi mövqeyini əks etdirən terminologiyadan istifadə ilə bağlı tövsiyələrlə bağlı müvafiq ünvanlara rəsmi məlumat göndərməlidir...