BLOQ

Ermənistandan Xankəndinə tam yararlı 4-cü avtomobil yolu

Nə qədər ki, Laçın dəhlizində sərhəd-keçid məntəqəsi yoxdur, Qarabag heç vax tam şəkildə Azərbaycanın olmayacaq! 

Ermənistandan Xankəndinə tam yararlı 4-cü avtomobil yolu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu yol Xankəndinin mərkəzindəki futbol stadionunun üstündə dayanır. Arayik Arutunyanın 450 metrliyində...

    Söz vermişdim ki, Ermənistandan Xankəndinə tam yararlı dördüncü avtomobil yolunu açıqlayacağam. Bu yol hal-hazırda da mövcuddur, tam təhlukəsiz və nəzarətsiz, həm də işlək vəziyyətdədir. Şırlan-Xəlfəli-Qaybalı və Xankəndi yolu - haradakı hadisə baş verdi və biz iki nəfər şəhid verdik- bu yol gözlə görünən yoldur. Muşahidə kamerası və sair, ekoloqlarin etiraz etdikləri yerdən hava yolu ilə, təxminən, 500 metr aralı.

    Başqa bir avtomobil yolu var. Bu yol gözlə görünmür. Və ilin dörd fəsli işlək yoldur. Muşahidə kamerasi yoxdur. Əgər Şuşa dəniz səviyyəsindən 1700 metr yüksəkdirsə, həmin yol heç Şuşadan da görunmur. Bu yol ancaq Kiçik və Böyük Kirs dağlarından - 3724 metr yüksəklikdən görünür.

    Bu yol mənbəyini Laçın dəhlizindən götürür. Ancaq bu dəfə Şırlan kəndindən Xəlfəli-Qaybalıya düşmürsən, düz keçərək Xocalının Cəmilli kəndinin ortasından keçib Xankəndiyə girirsən. Bu yolun sonu Xankəndinin mərkəzi futbol meydançasinin başında dayanır. Yəni, indi Arayikin oturdugu inzibati binanın 400-450 metr aşagısında.

    1991-ci ildə bu yolda Cəmilli kənd sakinləri "Ural" (avtobus) maşını ilə pusquya düşərək güllələniblər, bəziləri minaya düşüblər. 1992-ci ilin may ayının 11-də "777"-nin Kosalar və Cəmilli kəndində yerləşən, muhasirəyə düşən və son anda mühasirədən çıxan bir ədəd BMP-1, bir ədəd BMP-2, bir ədəd BRDM və kəndin yük maşınları Laçın dəhlizinə çıxdı.

    Bu yolda Şəki rayonundan olan, fransızların partizan dostu Əhmədiyyə Cəbrayılovun oglu yenə pusquya salınaraq özu və dörd nəfər silahdaşı həlak olub.

    Bu yoldan mən salonlu UAZ-la keçmişəm. Yolun, təxminən, 5 km məsafəsi qıpqırmızı rəngdədir, sanki mərcimək düyüsu rəngində.

    Cəmilli kəndindən piyada keçərək həmin avtomobil yolunun üstündə, Xankəndi futbol stadionuna yaxın, təxminən, 200 metrlikdəki talada ermənilərin gecə vaxtı 120-125 ot tayasını yandırmışıq və həmin yolla qayıtmışıq.

    Nə qədər ki, Şuşanın 31 kəndindən 25-i hal-hazırda Şuşa ətrafında işğal altındadır, nə qədər ki, Laçın dəhlizində sərhəd-keçid məntəqəsi yoxdur, Qarabag heç vax tam şəkildə Azərbaycanın olmayacaq!