BLOQ

Soyuqqanlı yanvarın mərd şəhidləri, nakam qurbanları və...

Güllələnən işğalçılar...

Soyuqqanlı yanvarın mərd şəhidləri, nakam qurbanları və...
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Şəhid termini İstiqlaliyyətimizin ilk günündən Azərbaycanlıların gündəlik həyatında vacib və şərəfli yer tutur. İmam Hüseyndən (ə) müsəlmanlara miras qalan Şəhidlik institutu Azərbaycanın bu günü, müstəqil cümhuriyyəti və azad torpaqlarını müvəffəqiyyətlə əldə edib qorumaqda vacib rol oynayıb desəm yanılmaram. Azərbaycan gəncliyi bu yolda öz şücaəti və mərd ürəklərini bütün dünyaya nümayiş etdirdilər və bu gün də etdirməkdədirlər.

    20 yanvar 1990-cı ildə də bu belə idi. Lakin 20 yanvar və ya mənim filmimin adı ilə desək, Qanlı Yanvardan sonra hamı belə düşünmürdü. Əsasən də establişmentdə yerləşən satqın məmurlar qorxularından bunu inkar edirdilər. Deyirdilər ki, "...məzlum Azərbaycanlılar heç kimə müqavimət göstərməyib - həlak olanlar əliyalın günahsız qurbanlar idi". "20 yanvar Azərbaycanın matəm günüdür" deyirdilər. Hadisə zamanı bir kadr belə çəkməyən AzTV və simasız Mədəniyyət Nazirliyi, Prezident Aparatının funksionerləri və əldəqayırma təşkilatları vasitəsi ilə qırmızı qərənfillər, ağ mələfələr, ağlaşma və kommunist qafiyəsi ilə ifa edilən mərsiyələrlə millətin əzmini qırır, yalnız Qurbanlar barədə bəhs edərək Şəhidlərimizin vicdanını təhqir edirdilər. Biz isə, hadisələrin iştirakçıları, ANS olaraq əksinə - çəkdiyimiz materiallarla millətə sübut edirdik ki, bu matəm deyil - bu Mərdlik və Qəhrəmanlıq zirvəsidir. Ay sözdən qorxan bədbəxtlər, bəyəm məzlum və nakam millətin üzərinə tanklarla gələrlər? Sovetlərin Azərbaycan ərazisində yerləşən ordusuna dəstək olaraq bir neçə əlavə diviziya ilə məzlum xalqa kim hücum edir? Bu böyük, lakin yeganə səhv deyildi. Hər şeydən it kimi qorxan, öz mövqeyi olmayan Mədəniyyət Nazirliyi və digər qurum məmurlarının o zaman etdiyi ideoloji səhvlərin biz bu gün də axırına çata bilmirik. 

    SƏHV No. 1

    Uzun müddət Azərbaycanda Şəhid ilə Qurban terminlərini səhv salaraq cəmiyyətdə vətəndaşlar 20 yanvar Qurbanlarını Şəhid adlandıraraq, onlar barədə şeir və mahnılar bəstələyir, məqalə yazır, sənədli filmlər çəkirdilər. Amma əsl Şəhidlər barədə indiyə qədər, bir dənə də olsun, araşdırma materialları və ya filmlər hazırlanmayıb. Salyan kazarmalarının yanında qətfə çırpmağa çıxan qadın və ya dovğa bulayaraq qəfil güllədən həlak olan hadisə Qurbanları qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin və məzarları nurla bol olsun. Lakin bu adamlar Şəhid deyillər. Şəhid - şüurlu şəkildə Allah və ya digər ilahi ideya yolunda öz həyatını bilərəkdən ölümlə yekunlaşdıran, təhlükəyə atan adama deyirlər. Allah 20 yanvar, 1-ci və 2-ci Qarabağ müharibələrində həlak olan Şəhidlərimizə rəhmət etsin - məhz bu insanların çiynində Azərbaycan Müstəqillik qazanıb və torpaqlarını işğaldan azad edib.

    SƏHV No. 2

    Hücum edənlər ruslar olub. Bu həmin illər, həmin qorxaqlar, sözü üzə deyə bilməyən, rusun çörəyini yeyən, amma altdan-altdan ona qəsd etməklə isti kreslosunu qoruyan manqurtlar tərəfindən atılan şaiyələrdir. Bir şahid kimi, hücum edən əsgərlərlə danışan, onlardan  müsahibələr almağa müvəffəq olan bir jurnalist kimi deyirəm ki, 19 Yanvar 1990-cı ildə Azərbaycana hücum edən Sovet ordusu idi və onun sıralarında SSRİ-nin bütün millətlərinin nümayəndələri var idi - rus, ukraynalı, belarus, erməni, qazax və digər millətlər var idi. Hücum edənlərin arasında Azərbaycan soylu əsgərlər də var idi. Heç kimə sirr deyil ki, Bakının komendantı, Azərbaycan soylu Valeri Bünyadov işğalçı orduya rəhbərlik edirdi. İşğalın milliyyəti olmur, xanımlar və cənablar - bu xulyadır və biz bu yuxudan nə qədər tez ayılsaq, o qədər tez xoşbəxt olarıq.

    SƏHV No. 3

    Azərbaycanlılar müqavimət göstərməyib, sadəcə olaraq qırğına məruz qalıblar. Bu yalanın müəllifləri isə yerli partaktiv kürsülərdir. Əks halda, onlar Moskvadakı bossları qarşısında məruzə edərkən Bakıda antisovet meyillərin haradan yaranması və niyə vaxtında basılmamaları haqda hesabat verməlidirlər.

    Azərbaycanlılar müqavimət göstərib, hörmətli oxucular! Və bunu yalnız 19-dan 20-nə keçən gecə deyil, mənim "Qanlı Yanvar" filmimdə göstərilən kimi, sovet ordusu buradan gedənə qədər onların başlarına oyun açıblar! Mən bu sətirləri yazmasam, axirət günündə Şəhid olan qardaş-bacıların qarşısında dayanıb onların gözlərinə baxa bilmərəm. Onların hər biri ilə, gözümün qarşısında işğalçı zabitini "molotov kokteyli" ilə şam kimi yandıran, ov tüfəngi ilə orduya qarşı çıxan, işğalçıları tərksilah edən qəhrəmanlar qarşısında cavab verə bilmərəm. Bu cəbəbdən mən "Qanlı Yanvar" filmini çəkdim və yalançı, qorxaq "mədəniyyət" xadimlərindən və ya gülməşəkər, qapı-qapı gəzib dilənən, 20 yanvar 1990-cı ildə evlərindən belə çölə çıxmayan "qəhrəmanlardan" fərqli olaraq millətimin bu gününü öz qanları hesabına gerçəkləşdirən Aslanlar qarşısında borcumu yerinə yetirdim!

    P.S. O ki qaldı Azərbaycanlılar əliyalın məzlum olaraq basılıblar deyənlərə, 1990-cı ildə jurnalist kimi əldə etdiyim məxfi sənədi təqdim edirəm - tərcümə etmirəm - bu sənəd orijinalda qalmalıdır - belə daha təsirli olacaq əsrlər boyu. Allah Azərbaycanı qorusun! İstiqlaliyyat uğrunda həyatlarını itirmiş Şəhid və Qurbanlara Allah rəhmət eləsin!

    Список военнослужащих, погибших от рук экстремистов в Баку в январе - феврале 1990 года:

    19 января

    1. Старший сержант Сергей Николаевич ПЯТАКОВ - погиб от ранения в голову.
    2. Старший сержант запаса Владимир Пантелеевич ГАМАРЦЕВ - погиб от ранения в голову и грудь.
    3. Рядовой Александр Юрьевич КУЗИН - погиб от ранения в голову.
    4. Рядовой Сергей Григорьевич РОГАЧЕВСКИЙ - погиб от ранения в голову.

    20 января

    1. Капитан Александр Владимирович МАЛЕЕВ - погиб от ранения в голову.
    2. Старший прапорщик Олег Сулейманович АХУНДОВ - погиб от ранения в живот.
    3. Прапорщик Петр Степанович ЦЕСОРУК - погиб от ранения в живот.
    4. Старший сержант запаса Олег Сергеевич СОБОЛЕВ - погиб от ранения в голову.
    5. Младший сержант запаса Александр Ермолаевич РУСЛАНОВ - погиб от ранения в голову.
    6. Рядовой Василий Васильевич КОВАЛЕВ - погиб от многочисленных ранений, в том числе в голову и шею.
    7. Рядовой Александр Владимирович ЛУКЬЯНОВ - погиб от ранения в живот.
    8. Рядовой Сергей Зиновьевич ОЛЕЙНИК - погиб от ранения в грудь и живот.
    9. Рядовой запаса Игорь Ефимович РЕДЬКО - погиб от ранения в голову.
    10. Рядовой Андрей Михайлович ТАРАКАНОВ - погиб от ранения в голову.

    22 января

    1. Рядовой запаса Павел Анатольевич БОРИСОВ - погиб от ранения в голову при сопровождении колонны с женами и детьми военнослужащих.

    23 января

    1. Рядовой Ярослав Алексеевич ВАКУЛЕНКО - погиб от ранения в голову.
    2. Рядовой Михман Сасибали оглы МАМЕДОВ - погиб от ранения о голову.

    24 января

    1. Сержант Евгений Геннадьевич ГОЮСАН - погиб от ранения в грудь и живот.

    25 января

    1. Старший лейтенант Александр Владимирович КОНОПЛЕВ - погиб от ранения в голову.
    2. Лейтенант Александр Николаевич АКСЕНОВ - погиб во время доставки в госпиталь от потери крови после тяжелого ранения в ногу.
    3. Рядовой Сергей Борисович ЛУКИН - получил множество ран, скончался в госпитале.

    27 января

    1. Рядовой Евгений Геннадьевич БОГДАНОВ - погиб от ранения в грудь, найден в колодце.

    29 января

    1. Рядовой Владимир Николаевич ГОРБОНОСОВ - погиб от ранения в голову.
    2. Рядовой Григорий Григорьевич ПЛЮЩАЙ - погиб от ранения в живот.

    1 февраля

    1. Курсант Андрей Петрович КУЛЕШОВ - смертельно ранен в грудь 22 января при эвакуации семей военнослужащих, скончался в госпитале.

    4 февраля

    1. Рядовой Борис Ефимович КОЗЛОВ - погиб от ранения в живот.

    7 февраля

    1. Рядовой Александр Викторович СЕМИН - погиб от ранения в голову.

    9 февраля

    1. Майор Владимир Алексеевич ХАРИТОНОВ; погиб от ранения в голову, скончался в госпитале.

    11 февраля

    1. Младший сержант Озумбат Хасанович ДЖУМАЕВ - погиб от ранения в голову, которое было получено во время патрулирования (стреляли из окон).

    Скорбный список потерь продолжал расти, 25 февраля рядовой Вадим Иванович БЛЯСОВ умер в госпитале от ранения в голову, которое получил 24 января.