"Sırttık icter ministiri"
Qazaxıstanın xarici işlər nazirinin müavininin qapısında belə yazıbmışlar
Ruslar demişkən, “нарочно не придумаешь» - yəni istəsən də uydura bilməzsən.
Bu hadisəni Polşada birlikdə işlədiyimiz qazaxıstanlı diplomat dostum Aleksey Volkov danışmışdı (onu da deyim ki, Alekseyin xanımı qazax qızı ıdı, qazax dilini bilirdi və özünü rusdan çox qazax hiss etdiyini söyləyirdi).
Deməli, bir dəfə Qazaxstan Prezidenti Nursultan Nazarbayev kollegiya iclasında iştirak etmək üçün XİN-ə gəlir. Qapılardakı yazılardan tutmuş sənədlərə, şifahi nitqlərə qədər heç yerdə qazax dilindən əsər-əlamət görmür. Bərk əsəbiləşir.
-Mən hara gəlmişəm? -deyə soruşur. Bura müstəqil Qazaxstanın dövlət idarəsidir, yoxsa hansısa Moskva kontoru? Bir həftə vaxt verirəm - ən azı bütün zahiri atributlar qazax dilində olmalıdır. Dil kurslarını isə sabahdan açırsınız!
Aleksey danışırdı ki, iki gün sonra işə gələndə kabinetinin (həmin dövrdə nazir müavini idi) qapısında yeni lövhə görür. Dediyinə görə, lövhədə qazaxca belə yazılmışdı:
“Sırttık icter ministiri urınbasarı Alibek Boriev” - Xarici işlər nazirinin müavini Əlibəy Börüyev (“börü” qazax dilində qurd, canavar deməkdir).z
Əgər sadəcə zarafat, ya lağlağı deyilsə, çox köklü islahat başlayıblarmış….