İran Ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti deyib ki, “Azərbaycan xalqı bizim gözümüzün işığıdır. Son həftələr kimlərsə cəhalətdən, kimlərsə qərəzdən İranın Azərbaycanla müharibə etmək istədiyi barədə şayiələr yayır. Bu İrana qarşı çirkin böhtandır. İran istər Qafqazda, istərsə də başqa yerdə qonşuları da daxil olmaqla, heç bir ölkəyə hücum etmək fikrində deyil. Azərbaycan hansısa dövlətin hücumuna məruz qalacağı təqdirdə İran Azərbaycanı dəstəkləyəcək".
Azərbaycan xalqı Vilayətini çoxdan tanıyır və onun 1992-də Şuşa və Laçının işğal edilməsində dolayısı ilə aktiv rolunu yaxşı xatırlayır.
Amma İranda faktiki vətəndaş müharibəsi getdiyi bir məqamda ali mollanın müşavirindən belə məlhəm bəyanatların səslənməsi təkcə ənənəvi fars riyakarlığı və ikiüzlülüyü deyil. Bu fakt İran siyasi elitasındakı çatın dərinləşməsi və qarşıdurma səviyyəsinə çatmasını göstərir.
Qarşıdurma legitim hakimiyyətlə paralel hökumət olan mütəşəkkil cinayətkar qrupu - SEPAH arasında gedir. Ölüm-dirim savaşı göz qabağındadır.
SEPAH Azərbaycana nifrət edir. Çünki şanlı ordumuz 2020-ci ildə işğalda olan İran-Azərbaycan sərhədinin 132 km-ni azad edəndən sonra SEPAH-ın bu ərazidə çoxmilyardlıq narkotik istehsalı və qaçaqmalçılığı biznesinə son qoydu. SEPAH dəstəbaşıları bunu hələ də həzm edə bilmir və İranın dövlət maraqlarına tüpürərək Azərbaycana hədə-qorxu gəlməkdə davam edir.
Hələ 44 günlük müharıbə getdiyi zaman Azərbaycan Prezidenti İlham Əliyev İran-Azərbaycan sərhədini Dostluq sərhədi adlandırırdı. SEPAH öz dar biznes maraqlarından çıxış edərək vəziyyəti elə yerə çatdırdı ki, Əliyev İranda yaşayan soydaşlarımızın hüquqları haqda danışmağa və İsraildə səfirlik açmağa qərar verdi.
SEPAH öz fəaliyyəti ilə İranı əhatə edən və quru sərhədi olan bütün ölkələri (siyasi subyekt olmayan Ermənistandan başqa) özünə düşmən edib.
Bu mütəşəkkil cinayət dəstəsi eyni zamanda İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasının da əleyhinə çıxış edir. Cünki SEPAH qeyri-qanuni neft alverinə də nəzarət edir və sanksiyalar ləğv olunsa, yenə də milyardlarla dollar itirəcək.
Bir sözlə, bu dövlət içində dövlət tamam nəzarətdən çıxıb və Azərbaycan Respublikası ilə normal münasibət qurmaq istəyən qanuni seçilən ölkə prezidentini də əlində girov saxlayır.
Ayətullah Xomeyninin yaratdığı bu qeyri-qanuni paralel hakimiyyət hal-hazırda İranın bəlasına çevrilib və siyasi elitalar onların qarşısında acızdirlər.

Ümid ancaq artıq oyanmış çoxmillətli İran xalqına qalır. Yalnız Xalq bu "xərçəng şişini" İranın cismindən kəsib ata bilər.
Deyəsən, ağayi Vilayəti və İranın qanuni seçilmiş hakimiyyəti də buna bel bağlayır.
Allah İran Xalqının dadına çatsın!