XƏBƏRLƏR / Diplomatiya

Moskvada Sergey Lavrovla Ceyhun Bayramovun görüşü gedir FOTO

Azərbaycan və Rusiya xarici işlər nazirləri İrəvan-Bakı münasibətlərinin normallaşması prosesini müzakirə edirlər

Moskvada Sergey Lavrovla Ceyhun Bayramovun görüşü gedir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun ikitərəfli görüşü başlayıb.

    Görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində baş tutub.

    Tərəflər iki ölkə arasında münasibətləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, eləcə də regional və beynəlxalq gündəmdə olan qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirlər.

    Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov "3+3" formatından danışıb:  "Cənubi Qafqaz üçün “3+3” regional platforması formalaşır və perspektivlidir".

    Qeyd edək ki, format "3+3" adlansa da, Gürcüstan prosesdə iştirakdan imtina etdiyi üçün faktiki olaraq "3+2" şəklindədir.

    Xatırladaq ki, bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Bayramovla Lavrovun görüşü bu görüş çərçivəsində baş tutur.