Moskvada XXI Beynəlxalq Müsəlman Forumu keçiriləcək
Forum Məhəmməd Peyğəmbərin anadan olmasının 1500 illiyinə təsadüf edir
Dekabrın 15-də Rusiyanın paytaxtı Moskva şəhərində “Qloballaşma dövründə sülh və etimad: Müasir çağırışlara İslam baxışı” mövzusuna həsr olunmuş XXI Beynəlxalq Müsəlman Forumu təşkil ediləcək.
Forum Məhəmməd Peyğəmbərin anadan olmasının 1500 və İmam ət-Tirmizinin dünyaya gəlməsinin 1200 illiyinə təsadüf edir, eyni zamanda, İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümündə keçirilir.
İştirakçıların arasında MDB ölkələrinin baş müftilərinin və dini qurumlarla qarşılıqlı əlaqədə olan dövlət qurumlarının rəhbərlərinin də olacağı gözlənilir.
Tədbir çərçivəsində “Müsəlmanlar Vətənin müdafiəsində” adlı təsviri incəsənət əsərlərinin sərgisi də açılacaq.
1 dəqiqədən az