XƏBƏRLƏR / İctimaiyyət

Mübariz Mənsimovun atası vəfat etdi

Bu barədə "Palmali" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib

Mübariz Mənsimovun atası vəfat etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki üz verib.

    Mübariz Mənsimovun atası Qurban Məcid oğlu Mənsimov İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. 

    15 fevral 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Miyanku kəndində anadan olan Qurban Mənsimov uzun müddət Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb. Qurban Mənsimov doqquz uşaq atası idi.
    Qurban Mənsimov, vəsiyyətinə əsasən, 21 iyunda Bakı şəhərində qızı Nüşabənin yanında dəfn ediləcək.

    Qeyd edək ki, M.Mənsimovun atası uzun müddət idi ağır xəstəlikdən müalicə alırdı.

    Allah rəhmət eləsin!