XƏBƏRLƏR / İctimaiyyət

Ağsu dolaylarında nəqliyyatın hərəkəti bərpa edilir

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib

Ağsu dolaylarında nəqliyyatın hərəkəti bərpa edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hava şəraitinə baxmayaraq, Ağsu dolaylarında avtomobillərin hərəkəti açıqdır və nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə koordinasiyalı iş təşkil olunub, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasiləsiz xidmət aparılır.

    “Sürücülərdən xahiş olunur ki, sürət həddini hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini qorusunlar, qış mövsümünə uyğun şinlərdən istifadə etsinlər”,- deyə məlumatda vurğulanıb.