Sabahdan Azərbaycanda qeyri-iş həftəsi başlayır
Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar bayram günləri 7 gün olacaq
Sabahdan, iyunun 26-dan Azərbaycanda qeyri-iş - bayram həftəsi başlayır.
Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar bayram günləri iyunun 26-dan iyulun 2-dək olan dövrü əhatə edir.
Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, iş günlərinin və bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il iyunun 27-si və 30-u iş günləri müvafiq olaraq 24 və 25 iyun bayramlarına keçirilib.
Belə ki, 24 iyun (şənbə) və 25 iyun (bazar) iş günü, 26, 27, 28, 29 və 30 iyun isə qeyri-iş günüdür.
Növbəti iki gün - iyulun 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ardıcıl 7 gün qeyri-iş günü olacaq.
Qeyd edək ki, iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, bu il iyunun 28-i və 29-u isə Qurban bayramının qeyd olunduğu günlərdir.