Müdafiə nazirinin yeni müavini Müşfiq Məmmədov kimdir?
İlham Əliyev təyinatla əlaqədar Sərəncam imzalayıb

General-mayor Müşfiq Məmmədov müdafiə nazirinin yeni müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi təyin edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
O, bundan əvvəl Azərbaycanın Türkiyədəki hərbi attaşesi vəzifəsində çalışıb. O, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib. Məmmədov 2020-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.