Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi FOTO
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib
Dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.