XƏBƏRLƏR / Kriminal

Müdafiə şirkətinin rəhbərliyi casusluqda ittiham olunur

Bu barədə "TRT Haber" məlumat yayıb

Müdafiə şirkətinin rəhbərliyi casusluqda ittiham olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin müdafiə sənayesi şirkəti “Assan Group”un rəhbər heyəti hərbi casusluq üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.

    Bu barədə "TRT Haber" İstanbul Prokurorluğuna istinadən məlumat yayıb.

    “Assan Group”un sahibi Emin Öner və baş direktoru Gürcan Okumuş FETÖ ilə əməkdaşlıqda da şübhəli bilinirlər.

    Bildirilir ki, Öner və Okumuş “silahlı terror təşkilatının üzvü olmaq” və “hərbi casusluq” ittihamları ilə saxlanılıblar.

    Hüquq-mühafizə orqanları şirkətin ofislərində və saxlanılanların evlərində axtarış aparıblar.

    Qeyd edək ki, 1989-cu ildə təsis edilmiş şirkət müdafiə sənayesi, tikinti, logistika və energetika sahələrində ixtisaslaşıb, son illərdə isə artilleriya sursatları və pilotsuz uçuş aparatlarının komponentlərinin istehsalı ilə məşğul olub.