Gürcüstanda sutka ərzində 27 kriminal "avtoritet" tutulub
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi xəbər yayıb
Son 24 saat ərzində Gürcüstan Daxili İşlər Nazirliyi "oğru dünyası" ilə əlaqəli 27 şəxsi saxlayıb.
Daha altı nəfərə qarşı ittiham irəli sürüləcək: bəziləri həbsdə, digərləri qiyabi, o cümlədən hazırda xaricdə olan bir "qanuni oğru".
Saxlanılanlar "oğru razborkaları" aparıb və şəxslər arasında maliyyə və cinayət mübahisələrinə baxıblar. Onlar bunun müqabilində pul tələb ediblər və imtina edəcəkləri təqdirdə fiziki zorakılıq və qətllə hədələyiblər.
Təqsirləndirilən şəxsləri 15 ilə qədər həbs cəzası gözləyir.
1 dəqiqədən az