"Müharibəyə başlamalı və layiqli cavab verməliyik"
Ermənistanın sərhəd kəndlərində üsyan
Ermənistanın sərhəd kəndlərində yeni bir üsyan başlayıb. Sakinlər hakimiyyətin 2026-cı ilə qədər Ermənistanda 247 məktəbin bağlanması planlaşdırıldığı barədə açıqlamasından şoka düşüblər. Təkcə Ermənistanda Sünik kimi tanınan Zəngəzurda 47 təhsil müəssisəsi təhlükə altındadır. Bu xəbər yerli sakinlər arasında qəzəb fırtınasına səbəb olub.
Reaksiya xüsusilə Ermənistan tərəfinin adını Xntsorut olaraq dəyişdirdiyi Almalu kəndində güclü olub. Sakinlər məktəblərin bağlanmasının onların sonda Azərbaycana köçürülməsi yolunda ilk addım olduğuna inanaraq açıq şəkildə qəzəblərini ifadə ediblər.