XƏBƏRLƏR / Hava

Münhen hava limanında qar səbəbindən təyyarə aşıb

Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib

Münhen hava limanında qar səbəbindən təyyarə aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Münhen hava limanında Avstriyanın "Bairline" aviaşirkətinə məxsus biznes təyyarəsi qarın üzərində arxa gövdəsinə tərəf aşıb.

    Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.

    Aeroportun mətbuat xidmətinin bildirdiyinə görə, təyyarə artıq ilkin vəziyyətinə qaytarılıb.

    Bundan əvvəl Münhen hava limanının mətbuat xidməti, bazar günü, dekabrın 3-də Münhen hava limanında planlaşdırılan 880 uçuşdan 560-a yaxınının ləğv ediləcəyini bildirmişdi.