Müxalif liderlər YAP-ın 30 illik yubileyində iştirak edir
Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov yazıb
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Bu münasibətlə Heydər Əliyev Mərkəzində tədbir keçirilir. Tədbirə YAP üzvləri ilə yanaşı, digər partiyaların sədrlər də var. Onlar arasında sabiq səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, REAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digərləri də var.
Heydər Əliyev Mərkəzindən foto paylaşan İ.Məmmədov bu sözləri yazıb: “Yeni Azərbaycan Partiyası özünün 30-cu doğum gününə dəvət edib. Gəldim tədbirə rəqibimizi təbrik etməyə. YAP-a ən çox arzu etdiyim dünyada və ölkədə tamamən dürüst kimi tanınacaq demokratik rəqabətdə özünü göstərməsidir.
Digər arzum isə, onun həm xarici, həm də daxili siyasətini uzun müddətdir dəstəkləyən partiyaların rəsmən onun sıralarına qatılmasıdır”.
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.