Muxtar Babayev COP29 Konfransının prezidenti təyin edilib
Ekologiya və təbii sərvətlər nazirinin yeni vəzifəsi barədə COP28 UAE "X" sosial media postunda xəbər verilir
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti təyin edilib.
“COP29-un prezidenti tərəfindən ekologiya və təbii sərvətlər naziri təyin edilmiş Muxtar Babayev və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə Azərbaycanın bu il ev sahibliyi edəcəyi Tərəflərin Konfransı zamanı tutduqları vəzifələrdə uğurlar arzulayırıq”, - "X" sosial media postunda deyilir.