Muzdlu qızcığaz nəyə etiraz etdiyini özü də bilmir
Qreta Tunberq COP29-la əlaqədar etiraz aksıyalarını... Türkiyə səfirlikləri qarşısında keçirməyi təklif edib
Saxta "təbiət müdafiəçisi" Qreta Tunberq Türkiyə və Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyalarına çağırıb. Etiraz ekologiya ilə bağlı deyil, Azərbaycan və Türkiyə, Qəzza sektorunda "soyqırım törətdiyi İsraili yanacaqla təmin etdiyinə görədir".
Ruhi xəstə təsiri bağışlayan bu gənc qız özünün də başı çıxmadığı siyasi oyunlarda muzdla istifadə edilir. Burada açıq-aşkar Fransa, Niderland və Ermənistanın dəst-xətti və sifarişi sezilir.
Qeyd etmək lazımdır ki, bu ərəfədə həmin güvvələr tərəfindən Qretanın "The Guardian" kimi "bahalı" dərgidə antiazərbaycan məqaləsinin çıxması da təmin edilib.
Qreta hal-hazırda Gürcüstandadır, oradan da Ermənistana gedir.