XƏBƏRLƏR / İctimaiyyət

Narkotik satan axund tutuldu

DİN xəbər verir

Narkotik satan axund tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Neftçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

    Samid Salamov Neftçaladakı mədrəsədə axund kimi çalışıb. O, rayonda Kərbəlayi Samid kimi tanınır. S.Salamov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.

    Faktla bağlı araşdırma davam edir.