XƏBƏRLƏR / İctimaiyyət

Yusif İldırımzadənin qardaşı barədə cinayət işi açıldı

Rasim İldırım xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir

Yusif İldırımzadənin qardaşı barədə cinayət işi açıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

    Ona verilən ittihama görə, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

    Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

    İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.