XƏBƏRLƏR / Hərbi

NATO Rusiyanın mümkün işğalına cavab hazırlayır

Bu barədə Almaniyanın “Bild” dərgisi yazır

NATO Rusiyanın mümkün işğalına cavab hazırlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bild: NATO Rusiyanın mümkün işğalına cavab hazırlayır

    NATO Baltikyanı ölkələrə mümkün Rusiyanın hücumu üçün ssenarilər hazırlayır. Nəşrin məlumatına görə, alyans Rusiyanın hücumunu dəf etmək və hərbi infrastrukturu hədəf almaq üçün üç variant hazırlayıb. Planlara raket sistemlərinin, aerodromların, silah fabriklərinin, körpülərin və dəmir yolu qurğularının məhv edilməsi daxildir. Nəşr Kalininqradın potensial hədəf kimi göstərildiyini bildirir.

    Bild-in məlumatına görə, Rusiya və Belarusla sərhəddə dronların və robot texnologiyasının əsas rol oynayacağı "muxtar zona"nın yaradılması planlaşdırılır. Bild iddia edir ki, bu cür planların dərc olunması Moskvaya NATO ilə mümkün hərbi münaqişənin potensial xərclərini nümayiş etdirmək məqsədi daşıyır.