ABŞ generalı Edvard Voqan Bakıdadır
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb
14-16 mart tarixlərində ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri ilə görüşlər keçirəcək. Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.