Qarabağda mina-tələlər zərərsizləşdirilir VİDEO

Müdafiə Nazirliyinin məlumatı

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

    Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

    Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.
    Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.